Dərbəndin mərkəzi elektriksiz qalıb: atəş səsləri eşidilir

Dünya

24.06.2024 - 01:02

Həkimlər Klinikalar SEO Xidməti

Atışma səsləri Mirzəbəyova küçəsi boyunca kilsənin ərazisində eşidilir

Dərbəndin mərkəzi hissəsi işıqsız qalıb. Şəhərdə atışma səsləri kəsilməyib. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Dağıstanın Dərbəndinin mərkəzi hissəsi elektriksiz qalıb", - məlumatda qeyd olunub.

Qeyd olunub ki, hazırda şəhərdə qarşıdurmanın aktiv mərhələsi davam edir.

Agentlik xəbər verir ki, Mahaçqalada da atışma yenidən başlayıb: atışma səsləri Mirzəbəyova küçəsi boyunca kilsənin ərazisində eşidilir.

Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında naməlum şəxslər Dərbənddə sinaqoq və kilsəni avtomatlardan atəşə tutublar. Dağıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum nəticəsində 10 nəfər ölüb, 12 polis əməkdaşı yaralanıb. Faktla bağlı “terror aktı” maddəsi ilə cinayət işi başlanıb. Respublikada antiterror əməliyyatı rejimi tətbiq edilib.

Dağıstanın müftisi Əhməd-Əfəndi Abdulayev respublikada baş verən terror aktlarını pisləyib və onları “qanlı dəlilik” adlandırıb. Bundan əlavə, o bildirib ki, zorakılığın köməyi ilə radikallar ölkədə məzhəb ədavətini qızışdırmaq istəyirlər.

Müəllif: Ayna.az