Azərbaycanda son sutkada 445 nəfər vaksinasiyadan keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 445 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 218, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 133, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 29 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 938 242, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 400 315, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 361, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 596, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 264 970 nəfər təşkil edir.