Azərbaycanda son sutkada koronavirus əleyhinə 379 peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 379 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 78, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 207, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 25 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 912 976, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 435, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 815, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 387 568, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 263 158 nəfər təşkil edir.