Son sutkada 657 nəfərə peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 657 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 153, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 181, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 294, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 29 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 911 694, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 585, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 386 910, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 263 047 nəfər təşkil edir.