Çində qar uçqunu nəticəsində 28 nəfər ölüb

Dünya

20.01.2023 - 21:58

cedabet dərman SEO Xidməti

Axtarış-xilasetmə əməliyyatı cümə günü axşam başa çatıb

Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində avtomobil tunelinin yaxınlığında baş verən qar uçqunu nəticəsində 28 nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Daha əvvəl telekanal 20 nəfərin öldüyünü və 8 şəxsin itkin düşməsi barədə məlumat vermişdi. Axtarış-xilasetmə əməliyyatı cümə günü axşam başa çatıb.

Qar uçqunu çərşənbə axşamı axşam Nyinçi şəhəri yaxınlığında baş verib. Xilasedicilərin sözlərinə görə, buna səbəb bölgədə güclü külək və temperaturun yüksəlməsi ola bilər. Xilasetmə əməliyyatına mindən çox insan cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş