Çin əhalisinin sayında son 60 ildə ilk dəfə azalma qeydə alınıb

Dünya

17.01.2023 - 13:27

cedabet dərman SEO Xidməti

Çinin əhalisi 2021-ci ilin sonundan 850 min nəfər azalaraq 1,411 milyard nəfərə düşüb

2022-ci ildə Çinin əhalisi 1959-cu ildən 1961-ci ilə qədər ölkədə baş verən kütləvi aclıqdan sonra 60 ildə ilk dəfədir ki, azalıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin dərc etdiyi hesabata qeyd olunub.

İdarənin məlumatına görə, Çinin əhalisi 2021-ci ilin sonundan 850 min nəfər azalaraq 1,411 milyard nəfərə düşüb. 2022-ci ildə yeni doğulanların sayı 9,56 milyon, ölənlərin sayı 10,41 milyon nəfərə çatıb.

Qeyd olunur ki, əhalinin təxminən 15 faizi (209,78 milyon) 65 yaşdan yuxarı vətəndaşlardır. Əmək qabiliyyətli yaşda olanların (16 yaşdan 59 yaşa qədər) sayı 875,56 milyon nəfər təşkil edib ki, bu da ümumi əhalinin təxminən 62 faizini təşkil edir.

Qeyd edək ki, proqnozlara görə, Hindistan 2023-cü ilin yazında əhalinin sayına görə Çini keçə bilər. BMT-nin proqnozlarına görə, Hindistan aprelin 14-də dünyanın ən çox əhalisi olan ölkə olacaq. Mütəxəssislərin fikrincə, Hindistanda artım 2050-ci illərə qədər davam edəcək və pik həddi yaxın onillikdə olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş