Cənubi Koreya Şimali Koreyanın təxribatına cavab verib

Dünya

05.01.2024 - 15:29

cedabet dərman SEO Xidməti

Cənubi Koreya Sarı dənizdəki adalarda təlimlər keçirib

Cənubi Koreya ordusu Yeonpyonqdo və Panqnendo adalarını Şimali Koreyanın atəşə tutulmasına cavab olaraq Sarı dənizdə təlimlər keçirib. AYNA xəbər verir ki, bu barədə yerli “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Cənubi Koreya Birləşmiş Qərargah Rəislərinin məlumatına görə, bu, 19 sentyabr 2018-ci il tarixində ölkələrarası hərbi sazişin imzalanmasından sonra ilk dəfədir ki, şimal-qərb adalarında yerləşən dəniz piyadaları hərbi dəniz atıcılarının təlimidir.

Bundan əvvəl məlum olub ki, Cənubi Koreya Şimali Koreyanın təxribatı səbəbindən Sarı dənizdəki Yeonpyonqdo adasından evakuasiya elan edib.

Xatırladaq ki, yanvarın 5-də Şimali Koreya hərbçiləri Cənubi Koreyanın Panqnendo və Yeonpyonqdo adaları ərazisinə iki saat ərzində 200-dən çox sahil artilleriya mərmisi atıblar. Cənubi Koreya tərəfində dağıntı qeydə alınmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş