Hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb
Cəlilabad rayonunda iki piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən iki nəfər rayonun Kazımabad kənd sakinləri - 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu və onun qardaşı 1990-ci il təvəllüdlü Kərimov Orxan Tacəddin oğlunu minik avtomobili vurub.
Yaralılar rayon xəstəxanasına aparılıb. G.Kərimov koma vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.