“İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini S.Məmmədovdan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən həmçinin rayon sakinləri S.Yarıyev və S.Piriyevin isə mülki silahın daşınması qaydalarını pozduqları müəyyən edilib.
Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.