Ölənlər iş saatının çoxluğuna görə psoxiloji problemlərdən əziyyət çəkərək dünyasını dəyişib
Yaponiya hökumətinin hesabatına görə, 2018-ci ildən bu günə qədər, həddindən artıq işləmək səbəbi ilə 158 nəfər dünyasını dəyişib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya İcimai Yayım Şirkətinin (NHK) məlumatına görə, intihar və ya sağlamlıq səbəbi ilə öldüyü deyilən 158 adamın, əslində normadan artıq işlədiklərinə görə öldüyü məlum olub.
Həddindən artıq işlədiyinə görə ölənlərin 26-sı 30 yaşlarında olduğu halda, eyni səbəbdən ölənlərin 20-sinin 60 yaşda olduğu vurğulanıb. Ölənlərin 19-nun isə 20 yaşda olduğu bildirilib.
Hesabatda o da qeyd olunub ki, ölənlərin əksəriyyəti inşaat sahəsində çalışanlardan ibarət olub və iş saatının çoxluğuna görə psoxiloji problemlərdən əziyyət çəkərək dünyasını dəyişib.