112 dollar cərimə təyin olunub
Sabunçu Rayon Məhkəməsi “Bakı Neft Maşınqayırma Zavodu”nu cərimələyib.
AYNA xəbər verir ki, APA-nın məlumatına görə, zavod Maliyyə Bazarlarına Nəzarət Palatasının iddiası əsasında İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, 112 ABŞ dolları məbləğində cərimə olunub.
Zavod məhkəmənin qərarı ilə razılaşmayaraq apelyasiya şikayəti verib.