Buzovnada qanunsuz tikinti

Xəbərlər

29.02.2024 - 17:23

Qanunsuz tikililər sökülüb

Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilmiş tikililər sökülüb.

Müəllif: Ayna.az