“Bu, ədalətsizlikdir” - Zelenski arxa cəbhədəki ukraynalılara müraciət edib

Dünya

27.03.2023 - 09:45

Həkimlər Klinikalar SEO Xidməti

Prezident vətəndaşları Ukrayna hərbçilərini dəstəkləməyə və könüllülərin toplantılarında iştirak etməyə çağırıb

“Vətəndaşlar müharibədən uzaq qalmamalıdırlar, baxmayaraq ki, Ukrayna əsgərləri sayəsində real döyüşlər coğrafi baxımdan çoxlarından uzaqda baş verir”. AYNA UNİAN-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Prezident qeyd edib ki, cəbhə xəttindəki vəziyyətə mütəmadi olaraq maksimum diqqət yetirilir: “Xalqımızın hər gün canını alan və hər gün baş verən amansız döyüşlərə dövlətimizin və cəmiyyətimizin daimi səfərbərliyi lazımdır. Cəbhədən gələnlərdə elə bir hiss yaranır ki, sanki arxa cəbhədə çoxları üçün müharibə artıq bitib. Bu, onlara qarşı ədalətsizlikdir”.

Zelenski vurğulayıb ki, bir il əvvəl olduğu kimi, indi də ukraynalılar müharibədən uzaq ola bilməzlər: “Baxmayaraq ki, ukraynalı əsgərlərin sayəsində həqiqətən də coğrafi cəhətdən çoxlarından uzaqda real döyüşlər gedir”.

"Bir il əvvəl olduğu kimi, indi də mümkün qədər çox ukraynalının dövlətin qorunmasına kömək etməsi, qələbəmiz naminə dünyadan dəstəyin toplanmasına kömək etməsi vacibdir. Əziz ukraynalılar! Mümkün olduqca döyüşçülərimizə dəstək olun. Könüllü yığıncaqlarını unutmayın və bacardıqca proseslərə qoşulun”, - Zelenski müraciətində vurğulayıb.

Müəllif: Ayna.az