Britaniyanın İrandakı səfiri Tehrana qayıdıb

Dünya

26.01.2023 - 16:34

“İranlıların əksəriyyəti həm bir-birinə, həm də əcnəbilərə qarşı mehriban və hörmətlidir"

Britaniyanın İrandakı səfiri Saymon Şerklif tehrana qayıdıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə səfir “Twitter” hesabında yazıb.

“Mən İrana yenicə qayıtmışam. Təcrübəmə əsasən, deyə bilərəm ki, iranlıların əksəriyyəti həm bir-birinə, həm də əcnəbilərə qarşı mehriban və hörmətlidir", - diplomat qeyd edib.

Xatırladaq ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi ikili vətəndaşlığı olan Əlirza Əkbərin edam edilməsi ilə bağlı Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklifi məsləhətləşmələr üçün Londona çağırmışdı.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə