Britaniyada koronavirusdan ölənlərin sayı açıqlanıb
Böyük Britaniyada son sutka ərzində 81 713 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 15 147 120 nəfərə çatıb.
AYNA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 287 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 151 899 nəfərə çatıb.