Boris Conson Kiyevdə Zelenski ilə görüşüb

Dünya

09.04.2022 - 20:30

Həkimlər Klinikalar SEO Xidməti

Ukraynaya uzunmüddətli dəstək müzakirə edilib

Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

AYNA xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisindən bildirilib.

Tərəflər hərbi-siyasi əlaqələrin dərinləşdirilməsini müzakirə ediblər.

"Baş nazir Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirərək bu ölkəyə səfər edib. O, Zelenski ilə Ukraynaya uzunmüddətli dəstəyi müzakirə edib. Britaniya, həmçinin yeni maliyyə və hərbi yardım paketini təqdim edəcək", - Consonun sözçüsü bildirib.

Bir gün əvvəl Londonda Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında Conson bildirib ki, Böyük Britaniya Ukraynaya 100 milyon funt-sterlinq (130 milyon dollar) dəyərində müasir silah və hərbi texnikanın yeni partiyasını göndərəcək. Onun sözlərinə görə, söhbət yüksək dərəcəli silahlardan, o cümlədən “Starstreak” zenit raketlərindən gedir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş