BMT Türkiyədə zəlzələ bölgəsinə yardım üçün növbəti dəfə çağırış edib

Dünya

25.03.2023 - 08:33

BMT bölgədə zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün dəstəyini davam etdirir

"Türkiyədə zəlzələdən zərər çəkmiş beş milyondan çox insana kömək etmək üçün təcili olaraq əlavə maliyyəyə ehtiyacımız var".

AYNA "Report"a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Fərhan Haq mətbuat konfransında deyib.

BMT rəsmisi bildirib ki, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Türkiyədə zəlzələlər nəticəsində 3 milyon insanın məcburi köçkün olduğunu təxmin edir: "BMT bölgədə zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün dəstəyini davam etdirir. Bu günə qədər BMT-nin bölgədəki missiyası və humanitar tərəfdaşlarımız 535 000-ə yaxın insana sığınacaq verib.

Təxminən 1,7 milyon insan sığınacaqlarda yaşayır, onların bir çoxunun su və kanalizasiya xidmətləri yoxdur. Eyni zamanda 1,4 milyon insan su, kanalizasiya və gigiyena dəstəyi alıb və 47 000 nəfərə yaxın insan səhiyyə xidmətləri ilə təmin olunub. Bölgədə hər gün təxminən 1,25 milyon insana isti yemək paylayan 345-dən çox təşkilat var".

Müəllif: Ayna.az