Çinin qərarı soyuq qışda regionda enerji böhranını daha da gücləndirə bilər
Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin səkkizinci ayında Çin dövlət şirkətləri “PetroChina Co”, “Sinopec” və “Cnooc Ltd”yə mayeləşdirilmiş təbii qazı Avropa və Asiyaya satmamaq tapşırılıb. AYNA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Bildirilir ki, sifariş Çin Milli İnkişaf və İslahat Komissiyasından verilib.
Qeyd olunub ki, belə bir qərar Çinin qış mövsümünün rahat keçilməsinmi təmin etmək məqsədilə qəbul edilib.
Nəşrin yazdığına görə, Avropa ölkələri tərəfindən qaz anbarlarının doldurulması və rekord çatdırılma xərcləri Çindən yanacağın təkrar çatdırılmasının cəlbediciliyini azaldıb.
Məqalədə vurğulanıb ki, Çinin sözügedən qərarı soyuq qışda regionda enerji böhranını daha da gərginləşdirə bilər.