“Belə anlayırıq ki, biz bu ölkəyə lazım deyilik” – <font color=red> ACI NƏTİCƏ</font>

Cəmiyyət

06.07.2020 - 15:27

“Dünyanın düz vaxtında” onların xüsusi qayğıya ehtiyacları vardı, o ki qala, karantin dövrü ola...

 

Koronavirus pandemiyası ilə əlaqədar görülən karantin tədbirləri səbəbindən bir çox insan iqtisadi və sosial çətinliklər yaşayır. Ancaq indi əhalinin bəzi qrupları üçün daha çətindir. Məsələn, əlilliyi olan vətəndaşlar üçün.

 

Bu sahə üzrə ekspert Sevda Səfərəliyeva AYNA-ya, karantin dövründə çıxılmaz vəziyyətə düşən bir neçə belə ailə barədə danışınıb. Onlardan biri psixi xəstəlikdən əziyyət çəkən iki görmə əngəlli qadının və onların anasının yaşadığı ailədir. Bu insanlar tam olararq, özlərinə baxa bilmirlər, onlara ayrı yaşayan sağlam üçüncü bacı kömək edir. Ancaq SMS göndərdikdən sonra evdən çıxmaq üçün verilən iki saat o insana xəstələrə qulluq etmək üçün bəs etmir.

Əlillər sosial müavinətlərin artırılmasını istədi - YouTube

"Biz bu barədə DOST xidmətinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik, amma bizə bildirdilər ki, karantin qaydalarında istisnalar nəzərdə tutulmur. Bu qurumlarda hesab edirlər ki, belə hallar olduqca nadirdir, çünki, adətən əlil qohumlarına qayğı göstərənlər onlarla eyni evdə yaşayırlar. İstisnanın zəruri olmamasının lehinə arqument olaraq onu da dedilər ki, bu şəkildə, yəni istisnalara yol verməməklə dövlət əlil insanları qoruyur, çünki sağlam bacı potensial olaraq əlilləri də yoluxdura bilər”, - müsahibimiz deyib.

 

Olduqca qəribə arqumentdir. Maraqlıdır ki, ailəyə baxmaq üçün sosial işçi də təklif olunur. Bəs, həmin işçi potensial olaraq əlilləri yoluxdura bilməzmi? Üstəlik, doğma bacının ailəsinin üzvlərinə baxmağa davam etməsi daha məntiqlidir, belə ki, o, əlillərin nəyə ehtiyacı olduğunu yaxşı bilir, elə xəstələr də ona etibar edirlər. Bundan əlavə, Səfərəliyevanın sözlərinə görə, sosial xidmətlərin heç də hamısı pulsuz deyil.

 

Ekspert əlillərin üzləşdiyi daha bir problemi dilə gətirib: “Birinci qrup əlilliyi olan bir ailə üzvünə qulluq edən onların yaxını olan bir şəxs dövlətdən ayda 50 manat pul alır. Lakin pandemiyadan əvvəl bu pulu alanların çoxu başqa işlərdə də çalışırdı. İndi isə vəziyyətlə əlaqədar onlar arasında işlərini itirənlər çoxdur. Lakin onların 50 manat aldıqları əsas götürülərək, dövlət tərəfindən verilən 190 manat məbləğində işsizlik müavinəti üçün müraciət etmələri mümkün sayılmır”.

 

Görəsən, məmurlar belə insanlara 50 manatla bir ay yaşamaq barədə hansı məsləhətləri verə bilərlər? Karantin dövründə işini itirən 2-3 qrup əlilliyi olan insanlar da 190 manat müavinət almırlar. Səbəb olaraq onların əlilliyə görə yaşayış minimumundan da aşağı olan bir məbləğ - 130 manat əlillik müavinəti almaları göstərilir. Belə vəziyyət, onsuz da əhalinin ən müdafiəsiz və həssas kateqoriyalardan olan əlil insanları təhlükə altında qoyur.

 

İkinci qrup əlil, “Əl-ələ” Valideyn İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Əhməd Rəhmanov da AYNA-ya əlilliyi olan vətəndaşların hazırda çox çətin günlər keçirmələrindən danışıb: “Əlillərə kömək etmək, məsələn, onlara şam yeməyi vermək, mənzillərini təmizləmək istəyən qohumlar, karantin tədbirlərinə görə əlil insanlardan uzaqda yaşadıqları halda çarəsiz qalırlar. Yaşlı qohumları olanlar da eyni problemlə üzləşirlər. Qoca anam Xırdalanda tək yaşayır, mən isə Keşlədə. İki saat ərzində onun yanına getməyə, ehtiyac duyduğu hər şeyi almağa, ev işlərində kömək etməyə və geri qayıtmağa yetmir, axı bu 2 saat”.

«Azəriqaz»ın hədiyyəsi keçmiş işçisini sevindirmədi

"Azəriqaz"ın hədiyyəsi keçmiş işçisini sevindirmədi

 

“Məsələnin maddi tərəfinə gəldikdə, bir çox əlillərin qohumları onlara daim kömək edirdilər, indi isə həmin insanların özləri çətin maddi vəziyyətdədirlər. Karantin səbəbindən yardıma ehtiyacı olan əlil insanların da sayı artıb. Məsələn Keşlədə valideynləri demək olar ki, gözdən tam əlil olan bir ailə yaşayır. Üstəlik, qızları da leykemiya xəstəsidir. Ailənin başçısı karantin dövründə ailəsinin birtəhər yaşamasına imkan verən qazancını itirib. İndi qonşular maddi cəhətdən onlara dəstək olmaq üçün əllərindən gələni edirlər”, - həmsöhbətimiz bildirib.

 

Onun dediyinə görə, əlilliyi olan və işlə təmin edilmiş insanların sayı onsuz da çox deyildi, indiki vəziyyətlə əlaqədar bu say daha da azalıb: “Bir çox özünüməşğulluq sistemi ilə işləyən əlilliyi olan insanlar karantin səbəbi ilə istehsallarını bağladılar və ayaqda qala bilməyərək qalan mallarını satmaqla acından ölməməyə çalışırlar. Qazanclarını itirmələrinə baxmayaraq, onlara verilən və miqdarı yaşayış minimumundan az olan sosial müavinətlərə görə dövlət onları işsiz hesab etmir və odur ki, işsizlik müavinəti ala bilmirlər. Sosial müavinətlərin həcminə görə iqtisadi əsaslandırma olmalıdır. Sosial müavinətin məbləğini 130 manat təyin edən insanlar hesab edirlər ki, bu məbləğə bir ay yaşamaq -  lazımi ərzaq, dərman almaq və kommunal xidmətləri ödəmək olar?!”.

 

Rəhmanov qeyd edib ki, əlilliyi olan bir ailə üzvünə qulluq etmək üçün 50 manat alan insanları, digər iş yerini itirməsi halında, birdəfəlik işsizlik müavinətindən məhrum etmək ədalətsizlikdir: “Birinci qrup əlilliyi olan insanlara qayğı göstərən qohumlar onlarla eyni dam altında yaşayırlar. Və sözügedən vəziyyətdə bütün ailə maliyyə çatışmazlığından əziyyət çəkir. Ən azı karantin zamanı belə ailələrə dəstək olmaq lazımdır. Onları gəlirləri olduğuna görə haqsız olaraq işsiz saymırlar. Ancaq ayda 50 manat gəlir hesab edilə bilərmi? Əlil uşaqların böyüdükləri bəzi ailələrdə işləmək istəyən valideynlər uşaqlarını tək qoya bilmirlər. Karantin rejimi ilə əlaqəli çətinliklər səbəbindən bir çox insan onlarla birgə yaşamayan valideynlərindən uşaqlara baxmağı xahiş edə bilmir”.

 

“Bundan əlavə, yaşlılar risk altındadır və bu amil də nəzərə alınmalıdır. Məsələn, mənim işləyən həyat yoldaşım bir çox insanla ünsiyyətdə olduğu üçün risk etmir, valideynlərinin yanına getməkdən və ya onları bizə çağırmaqdan qorxur. Ancaq iş saatları ərzində daimi nəzarətə ehtiyacı olan autizmli bir uşağı kimin ümidinə  buraxmaq olar? Əlil uşaqları olan bir çox valideynlər eyni sualla bizə müraciət edirlər. Belə uşaqları olan ailələrdə ən azı bir valideynin ciddi karantin dövründə ödənişli məzuniyyətə buraxılması mümkündür. Bu, ölkə üçün böyük problem deyil, belə ki, sözügüdən ailələrin sayı da çox deyil”, - müsahibimiz vurğulayıb.

 

Onun sözlərinə görə, bu problemlə əlaqədar əvvəlcə media vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə videomüraciət ünvanlamaq planlaşdırılırdı: “Bununla əlaqədar olaraq biz yerli televiziya kanallarından birinə və bir neçə xəbər saytına müraciət etmişdik. Lakin media qurumları bunun çox həssas bir məsələ olduğunu əsas gətirərək, müraciəti yayımlamaqdan imtina etdi. Biz istəyirik ki, vəziyyətin yaxşıya doğru dəyişməsi üçün bizi dinləsinlər. İndiyə qədər baş verənlərdən yalnız acı bir nəticə çıxarmaq olar: əlil insanlar bu ölkəyə lazım deyil”.

Müəllif: Elya Belskaya