“Husilər öz əməllərinə görə yüksək bədəl ödəməyə davam edəcəklər”
İsrail 2023-cü ildə “Ənsar Allah” hərəkatından husi üsyançılarının ələ keçirdiyi “Qalaktika Lider” yük gəmisi ilə yanaşı, hava qüvvələrinin üç Yəmən limanına hücum etdiyi “Qara Bayraq” əməliyyatına başlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
Nazir hazırkı vəziyyəti İsrailin İrana son zərbələri ilə müqayisə edib. O Hudeyda, Ras İsa və Əs-Salif limanlarının husilərin nəzarətində olduğunu bildirib. Ras Kanatiba elektrik stansiyasına da hücum edilib.
Katz deyib: “Yəmənin taleyi Tehranın taleyi ilə eyni olacaq. İsrailə qarşı qaldırılan hər əl kəsiləcək”.
“Husilər öz əməllərinə görə yüksək bədəl ödəməyə davam edəcəklər”, Katz əlavə edib.