"iPhone" işlədənlərə pis xəbər

Cəmiyyət

01.09.2019 - 14:00

Bəzi modellər yeni əməliyyat sistemini dəstəkləməyəcək

 

"Apple" şirkəti İOS 13 əməliyyat sistemini istifadəyə verdikdən sonra bəzi "iPhone"lar bu əməliyyat sistemini dəstəkləməyəcək. AYNA axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı NTV yayıb.

 

Məlumata görə, bu əməliyyat sistemini dəstəkləməyən telefonlar "Apple"ın 2016-cı ildən əvvəl təqdim etdiyi "iPhone"lardır.

 

İOS 13-ü aşağıdakı "iPhone" modelləri dəstəkləməyəcək: "iPhone 6", "iPhone 5S", "iPhone SE".

 

Qeyd edək ki, bundan öncə "iPhone 5S" və "iPhone 6" modelləri haqda bir söz deyilməsə də, "iPhone SE"nin İOS 13 sistemini dəstəkləyəcəyi bildirilirdi.

Müəllif: Ayna.az