Millət vəkili sosial şəbəkəni “partladan” videosundan danışdı

Cəmiyyət

29.10.2019 - 12:47

Xanhüseyn Kazımlı: “İnsanların məni niyə tənqid etdiyini anlamıram”

 

Milli Məclisin deputatı Xanhüseyn Kazımlının sosial şəbəkələrdə yayılan videosu birmənalı qarşılanmayıb. Onun dünən yayılan videodakı çıxışı cəmiyyətdə ciddi qınaq obyektinə çevrilib.

 

AYNA xəbər verir ki, unikal.org-a açıqlama verən deputat sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyasını anlamadığını deyib: "Ay qardaş, mən büdcə haqqında bir şey deməmişəm axı. İnsanların məni niyə tənqid etdiyini anlamıram”.

 

“Həmin çıxışımda xoşagəlməz fikir səsləndirməmişəm. İnsanlar söhbətin nədən getdiyini bilmədiyi halda məni tənqid etməsinlər”, - deyə X.Kazımlı bildirib.

Müəllif: Rumiyyə Miraslan