Belarus vətəndaşı Balakəndə gömrük postunda ölüb

Xəbərlər

21.10.2022 - 18:02

cedabet dərman SEO Xidməti

Həkim briqadasının ilkin rəyinə görə, xarici vətəndaş ürək tutmasından ölüb

Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisində, Mazımçay Gömrük Postunda ölüm hadisəsi baş verib.

AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 11 radələrində qeydə alınıb. Gürcüstandan Azərbaycan ərazisinə idarə etdiyi iri tonnajlı yük avtomobili ilə keçən, Belarus vətəndaşı, 1975-ci il təvəllüdlü Aleksandr Fusevin halı qəfildən pisləşib və elə orada keçinib.

Hadisə yerinə gələn həkim briqadasının ilkin rəyinə görə, xarici vətəndaş ürək tutmasından ölüb. Meyit müayinə edilmək üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş