Jan-Pyer: “O, seçkidə iştirak etmək niyyətində olduğunu söyləyir”
Ağ Ev Prezident Co Baydenin növbəti prezident seçkilərində namizəd olmaq niyyətini təsdiqləyib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pyer deyib.
Pyer bildirib ki, ABŞ Prezidenti Co Baydenin hələ rəsmən namizədliyini irəli sürməməsinə baxmayaraq, onun yeni müddətə dövlət başçısı seçilmək niyyətini var.
"O, seçkidə iştirak etmək niyyətində olduğunu söyləyir və mən Prezident haqqında əvvəlcədən dəqiq nəsə deməyəcəyəm”, - Ağ Ev rəsmisi vurğulayıb.
Pyer əlavə edib ki, Amerika liderinin özü bu məsələ ilə bağlı niyyətini rəsmən bəyan etməyənə qədər Ağ Ev bu məsələ ilə bağlı açıqlama verməyəcək.
Daha əvvəl “Politico” yazıb ki, Bayden 2024-cü il seçkilərində namizədliyi ilə bağlı yekun qərarını fevralın ortalarında elan edə bilər. Nəşrin mənbələrinin bildirdiyinə görə, bayden Santa Cruz adasında istirahət edərkən ailəsi və bir neçə dostu və müttəfiqləri ilə məsələni müzakirə edib.