Bayden Amerikanın müsəlman liderlərindən üzr istəyib

Dünya

27.11.2023 - 11:12

cedabet dərman SEO Xidməti

Görüşün sonunda Baydenin iştirakçılardan birini qucaqladığı iddia edilir

ABŞ Prezidenti Co Bayden Qəzza zolağında ölənlərin sayını açıq şəkildə sorğuladıqdan sonra Amerikanın müsəlman liderlərindən üzr istəyib. AYNA xəbər verir ki, bu barədə “Fox News” yazıb.

“Fələstinlilərin həlak olanların sayı ilə bağlı həqiqəti söylədiklərinə əmin deyiləm. Əminəm ki, günahsız insanlar həlak olub və bu, müharibənin nəticəsidir”, - deyə ABŞ lideri oktyabrın 25-də keçirdiyi mətbuat konfransında bildirmişdi.

Bayden daha sonra Amerikanın beş müsəlman lideri ilə görüşüb. Görüş zamanı o, liderlərin Yaxın Şərqdəki münaqişənin bilavasitə təsirinə məruz qalmış tanıdıqları insanlar haqqında danışdıqlarını dinləyib. Öz növbəsində Prezident peşman və məyus olduğunu bildirib.

Amerikalı müsəlman liderlərin Baydeni fələstinlilərə daha çox mərhəmət göstərməyə çağırdığı və görüşün sonunda Baydenin iştirakçılardan birini qucaqladığı iddia edilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ və İsrail HƏMAS-ın bütün girovlarının azad edilməsi istiqamətində işləmək barədə razılığa gəliblər. ABŞ rəhbəri son günlər girovların azad edilməsini alqışlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş