ABŞ Prezidenti İsrailin Baş naziri ilə təhdidlərə qarşı müdafiəni dəstəkləmək səyləri barədə danışıb
“Birləşmiş Ştatlar İran, şiə Hizbullah hərəkatı, Fələstin HƏMAS hərəkatı və Yəmənin şimalını idarə edən şiə “Ənsar Allah” hərəkatının təhdidlərinə qarşı İsrailə özünü müdafiədə kömək etməyə hazırdır”.
AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında bildirib.
Co Bayden İsrailin Baş naziri ilə İsrailin təhdidlərə qarşı müdafiəsini dəstəkləmək səyləri barədə danışıb.
Ağ Evdən bildirilib ki, müzakirələr İsrailin təhdidlərə, o cümlədən pilotsuz təyyarələr və ballistik raketlərə qarşı müdafiəsini dəstəkləmək üçün ABŞ-ın “müdafiə xarakterli hərbi yerləşdirmə” imkanları ilə bağlı olub.