Bayden ABŞ-ın yeni bioloji müdafiə strategiyasını açıqlayıb

Dünya

19.10.2022 - 01:50

cedabet dərman SEO Xidməti

Strategiyada bir sıra məsələlər öz əksini tapıb

ABŞ Prezidenti Co Bayden gələcək epidemiyalara və bioloji təhlükələrə qarşı milli biomüdafiə strategiyasını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bayden yeni bir epidemiya halında 12 saat ərzində diaqnostika dəstləri və 100 gün ərzində peyvənd hazırlamağı hədəfləyən yeni bioloji müdafiə strategiyasını təqdim edib.

Strategiya 20 federal qurumun, epidemiyaların və bioloji təhlükələrin erkən müəyyən edilməsini, bu epidemiyaların endemik və bioloji hallara çevrilməsinin qarşısının alınmasını və epidemiyaların təsirlərinin yumşaldılmasını əhatə edir.

Strategiya həmçinin ani epidemiyalar və ya bioloji təhlükələr zamanı cəmiyyətin, iqtisadiyyatın və ətraf mühitin qorunması məsələlərinə də toxunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş