Sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edilib
Dekabrın 16-dan saat 10:00-dan 18 dekabr saat 22:00–dək Bakının Binəqədi rayonu "Baksol" yolunda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Qeyd edilib ki, yolda təmir işləri aparılacaq.
Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.