Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var

Hadisə

18.04.2024 - 09:36

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var. AYNA xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə C.Həsənov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, İslam Yusifovun sükanı arxasında olduğu "Toyota Prius" markalı avtomobil Rövşən Abbasovun idarə etdiyi "Azİnşaat" MMC-yə məxsus "MAN TGA" markalı yük avtomobilinin arxa hissəsi ilə toqquşub. Nəticədə İslam Yusifov aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Müəllif: Ayna.az