Rusiyada təyyarənin sərt enişi nəticəsində 49 nəfər xəsarət alıb

Hadisə

26.09.2019 - 02:55

Rusiyanın Barnaul şəhər hava limanında "Boeing" təyyarəsinin sərt eniş etməsi nəticəsində xəsarət alanların sayı 49 nəfərə çatıb

"Tibbi yardıma görə 49 zərərçəkən müraciət edib, onlardan 48-ə ambulator yardım göstərilib", - deyə müsahib agentliyə bildirib. O, qeyd edib ki, xəstəxanada böyrəyindən xəsarət aldığı ehtimal edilən bir qadın qalmaqdadır.

Hadisə zamanı təyyarədə 344 nəfər - 334 sərnişin və 10 ekipaj üzvü olub. 

Müəllif: Ayna.az