Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub

Xəbərlər

23.03.2023 - 11:58

Həkimlər Klinikalar SEO Xidməti

Vaqif Bayramov və Cavid Baxşeyiş müəyyən olunaraq saxlanılıblar

Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub.

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Belə ki, Binəqədi rayonu ərazisində yerləşən müəssisələrdən birinin həyətindən 8 000 manat dəyərində dəmir lövhələrin oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Vaqif Bayramov və Cavid Baxşeyiş müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş