Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsi vəzifəsi yaradılıb
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsi vəzifəsi yaradılıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kərəm Əvəz oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilsin”.
Qeyd edək ki, Kərəm Həsənov 2 avqust 1969-cu ildə Cəlilabad rayonunda anadan olub. Son zamanlaradək Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.