Oqtay Güləliyev 2-ci dərəcəli koma vəziyyətindədir – <font color=red> Həkim RƏYİ</font>

Xəbərlər

04.11.2019 - 09:32

Həkimlər Klinikalar SEO Xidməti

Həkimi Oqtay Güləliyevin vəziyyəti barədə məlumat verib 

 

“Bir qədər öncə Oqtay Güləliyevin müalicə aldığı Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Arif Xasıyevlə əlaqə saxladım. Vəziyyəti stabil olaraq qalır, hemodinamik göstəriciləri stabildir. Əməliyyata götürülən gündən indiyə kimi 2-ci dərəcəli koma vəziyyətindədir. Pisləşmə yoxdur. İntensiv müalicə tədbirləri davam etdirilir”.

 

AYNA-nın Modern.az-a istinadən məlumatına görə, bunu həkim Adil Qeybulla hüquq müdafiəçisi Oqtay Güləliyevin son durumu barədə bildirib.

 

Adil Qeybullanın sözlərinə görə,  komanın 4 dərəcəsi mövcuddur, ən ağır dərəcə 4-cü dərəcə (tam arefleksiya vəziyyəti) sayılır.

 

“Mətbuatda gedən bəzi məlumatlara aydınlıq gətirmək nəqsədilə sabah Oqtay bəyin ilk daxil olduğu 1 saylı Kliniki Tibbi Mərkəzdəki tomoqrafiyasının şəklini əldə etməyi və travmanın bütün dinamikasını detallarla izah etməyi planlaşdırıram”, -A.Qeybulla əlavə edib.

 

O.Güləliyev oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçərkən vurulub.

 

Bakı Şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, sürücü qəza nəticəsində xəsarət almış piyadanı xəstəxanaya çatdırıb. O.Güləliyev dünən “City Hospital”da əməliyyat olunub.

 

Daha sonra onu “City Hospital”dan Respublika Neyrocərrahlıq Xəstəxanasına köçürüblər.


Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

 

Müəllif: Ayna.az