Bakıda keçmiş arvadını və oğlunu öldürməkdə şübhəli bilinən şəxs tutulub

Xəbərlər

13.11.2022 - 16:39

cedabet dərman SEO Xidməti

Eldar Dadaşov istintaqa cəlb edilib

Noyabrın 13-ü saat 11 radələrində Bakının Suraxanı rayonu ərazisində iki nəfər şəxsin odlu silahdan açılan atəşlə xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla 1955-ci il təvəllüdlü Eldar Dadaşovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı keçmiş arvadı 1958-ci il təvəllüdlü Nazilə Pirimova və oğlu 1988-ci il təvəllüdlü Ağaəli Dadaşova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürmələrinə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Eldar Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş