23 yaşlı gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb
Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
1998-ci il təvəllüdlü İbişova Sevinc Zöhrab qızı yaşadığı evdə dəm qazından zəhərlənib.
23 yaşlı gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.