İki rayondan üzücü xəbərlər var

Hadisə

30.10.2019 - 11:28

Hadisə yerlərinə FHN-in xilasediciləri cəlb olunub

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qəbələ rayonunun Mirzəbəyli kəndində “BАЗ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Şəmkir rayonu ərazisində də ağır qəza olub. “ВАЗ" markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az