Texniki Humanitar Liseyin kontingenti müvəqqəti olaraq köçürülür
147 nömrəli Texniki Humanitar Liseyin kontingenti müvəqqəti olaraq köçürülür. AYNA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.
Qeyd olunub ki, liseydə təhsil alan şagirdlərin valideynlərinin bir qrupu ilə BŞTİ-nin rəhbərliyinin görüşü keçirilib.
Bildirilib ki, 147 nömrəli Texniki Humanitar Liseyin yenilənməsi, təhsilalanların tədris şəraitinin daha da yaxşılaşdırılması məsələləri müzakirə olunur.
Lisey kontingentinin yaxınlıqdakı ən uyğun yer imkanlarına malik təhsil müəssisələrinin birində (56 nömrəli tam orta məktəbdə) müvəqqəti yerləşdirilməsi nəzərdə tutulur.
BŞTİ-dən bildirilib ki, müvəqqəti köçürülmə zamanı müəllim və valideynlərin ümumi rəyi nəzərə alınacaq, şagirdlərin normal tədris şəraitinin təmin olunması əsas amil kimi diqqət mərkəzində saxlanılacaq. Bu baxımdan hər hansı narahatlığa ehtiyac yoxdur.