Bakı metrosunda silsilə soyğunçuluq

Xəbərlər

28.09.2022 - 12:42

cedabet dərman SEO Xidməti

Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı Metropolitendə silsilə soyğunçuluq əməlləri törətməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə Lerik rayon sakini L.Şabanlının, Göyçay rayon sakini A.Yəhyalının ciblərindən mobil telefonlarının oğurlanması, Şəki rayon sakini E.Əhmədlinin isə mobil telefonununun soyğunçuluq yolu ilə talanması barədə müraciətlər daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları və soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Mahir Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş