Bakcell Qarabağda 101-ci baza stansiyasını istifadəyə verdi

Xəbərlər

08.11.2022 - 19:40

cedabet dərman SEO Xidməti

Abunəçilər VoLTE üzərindən daha sürətli, aydın və kəsintisiz zəng edə bilirlər

Bakcell şirkəti Qarabağda özünün 101-ci baza stansiyasını uğurla istifadəyə verib. AYNA xəbər verir ki, bununla da şirkət ilin əvvəlində qarşıya qoyulan plana uyğun olaraq 2022-ci ildə işğaldan azad olunmuş ərazilərdə şəbəkəsinin genişləndirilməsinə 23 milyon manat həcmində investisiya yatırıb.  

Burada quraşdırılmış 4G baza stansiyaları sayəsində abunəçilər ən müasir səs texnologiyası olan VoLTE üzərindən daha sürətli, aydın və kəsintisiz zəng edə bilirlər. 

2022-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınıb. 

Şirkət işğaldan azad edilmiş ərazilərimizin bərpası və zəruri infrastrukturun yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdə fəal iştirakını davam etdirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş