“Azərsu” qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edib?

Xəbərlər

13.03.2023 - 11:53

cedabet dərman SEO Xidməti

ASC məlumat yayıb

“Azərsu” ASC tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur. AYNA xəbər verir ki, bu barədə “Azərsu”nun yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 30 yanvar tarixli qərarı ilə tənzimlənir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş