"Azəriqaz"dan "Alov qüllələri" yaxınlığındakı partlayışla bağlı açıqlama verilib

Xəbərlər

30.12.2021 - 13:46

Həkimlər Klinikalar SEO Xidməti

Qəza ehtiyatsızlıqdan sızma nəticəsində baş verib

"Bakıda “Alov qüllələri” hotelinin qarşısında yerləşən məşəldə qaz sızması səbəbindən baş verən partlayışa görə “Azəriqaz” İstehsalat Birliyi məsuliyyət daşımır". AYNA xəbər verir ki, bunu İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev mətbuata açıqlamasında bildirib. 

“Bu gün üzücü bir xəbər aldıq. “Alov qüllələri”nin yaxınlığında Bakı Şəhəri İcra Hakimiyyətinin məşələ nəzarət edən işçiləri tərəfindən iş aparılıb və hansısa ehtiyatsızlıq səbəbindən sızma baş verib, nəticədə də o sızma partlayışa gətirib çıxarıb. Son nəticə olaraq, iki nəfər işçinin xəsarət alması barəsində xəbər almışıq”, - deyə E. Vəliyev qeyd edib.

O vurğulayıb ki, sayğacdan sonrakı qaz xəttində “Azəriqaz”ın heç bir nəzarət funksiyası yoxdur. Məşələ qədər hissədə heç bir problem baş verməyib, hər şey saz vəziyyətdə olub, yalnız məşələ daxil olar hissədə baş verən sızma nəticəsində sözügedən hadisə baş verib.

“Təəssüf edirik ki, belə bir hadisə baş verib. Amma yenə də deyirəm, “Azəriqaz” İB-in içəri xəttə heç bir müdaxilə imkanı olmadığından məsuliyyət Birliyin üzərinə düşmür”, - İB rəsmisi söyləyib.

Xatırladaq ki, hadisə bu gün baş verib. Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş