İtlərin də cəlb olunduğu xüsusi texniki vasitələrdən istifadə edilməklə axtarış-xilasetmə işləri davam etdirilir
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədəki xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün axtarış-xilasetmə işlərini davamlı olaraq davam etdirir.
FHN-dən AYNA-ya bildirilib ki, xilasedicilərimiz zəlzələdən ciddi zərər çəkən Kahramanmaraş ərazisində həyata keçirdikləri axtarış-xilasetmə tədbirləri nəticəsində 53 nəfəri dağıntılar altından, o cümlədən 691 nəfərin cəsədini çıxarıblar.
Xilasedici itlərin də cəlb olunduğu xüsusi texniki vasitələrdən istifadə edilməklə axtarış-xilasetmə işləri davam etdirilir.