“Azərbaycanın barış üçün nə qədər səmimi olduğunu söylədik” - Çavuşoğlu

Dünya

22.01.2023 - 00:43

cedabet dərman SEO Xidməti

XİN başçısı: "Azərbaycanın olmadığı yerlərdə qardaş ölkənin haqlarını müdafiə edirik"

“Başda Prezident İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımız Türkiyənin haqlarını müdafiə edirlər”.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, Azərbaycan və Türkiyə qardaşlığından söz açıb: “ABŞ dövlət katibi Entoni Blinkenlə görüşümüzdə qardaş Azərbaycanın barış üçün nə qədər səmimi olduğunu, təkliflərinin diqqətə alınması gərəkdiyini söylədik. Başda Prezident İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımız Türkiyənin haqlarını müdafiə edirlər. Bizdə Azərbaycanın olmadığı yerlərdə eyni şəkildə qardaş ölkənin haqlarını müdafiə edirik. Çünki biz bir millətik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş