Maqnitudası 3,1 bal olan zəlzələ hiss olunmayıb
Azərbaycanda zəlzələ olub. Bu barədə AYNA-ya Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 10:40-da Şirvan stansiyasından 18 km şimal-qərbdə, Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 3,1 bal, dərinliyi 22 km olub.