Zərər çəkənlərin sayının 2000-ə, qurbanların sayının 5000-ə qədər ola biləcəyi iddiasını irəli sürüblər
Bu gün Fransa tarixində ən yüksək profilli əczaçılıq qalmaqalına səbəb olan məhkəmə olub.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, prosesdə 2.6 mindən çox iddiaçı, 376 vəkil və 25 cavabdeh iştirak edib. Paris Böyük Məhkəməsi, ən az 500 nəfərin ölümü ilə əlaqəli olan və arıqlamaq üçün istifadə olunan “Mediator” dərmanını istehsal edən “Servier” şirkətinə qarşı məhkəmə prosesinə başlayıb.
Məlumatda deyilir ki, insidentlə bağlı məsələ 2010-cu ilin payızında Dərman Məhsullarına Sanitar Nəzarət Agentliyi (daha sonra Əməyin Təhlükəsizliyi və Sağlamlığı və Sanitariyası üzrə Milli Agentlik) tərəfindən ortaya atılıb. Eyni zamanda, müstəqil araşdırmaların müəllifləri dərman istifadəsindən zərər çəkənlərin sayının 2000-ə, qurbanların sayının 5000-ə qədər ola biləcəyi iddiasını irəli sürüblər.
Məlumat üçün bildirilib ki, “Mediator” bir amfetamin törəməsi olub, “Servier”də 1970-ci illərin ortalarından etibarən mövcuddur. Əvvəlcə artıq çəkili diabet xəstələri üçün nəzərdə tutulub. Ancaq tezliklə arıqlamaq istəyən bütün xəstələrə təyin olunmağa başlayıb.
1978-ci ildə Belçikada, 1997-ci ildə İsveçrədə və 2003-cü ildə İspaniyada satışına qadağa qoyulub. Ancaq Fransada, 2009-cu ilə qədər mövcud olub. Sonra ağciyər xəstəlikləri mütəxəssisi İrene Frachon dərman və ürək-damar xəstəlikləri arasındakı əlaqəni sübut etdiyi bir elmi əsər nəşr edib. Nəticə olaraq, farmakoloji şirkət zərərçəkənlərə cəmi 132 milyon avro təzminat ödəməyə razılıq versə də, ancaq dərmandan təsirləndiyini iddia edən xəstələrin əksəriyyəti şirkəti məhkəməyə vermək qərarına gəlib.
İddiaçılar əmindirlər ki, məhkəmə “Mediator”un bir neçə onilliklər ərzində Fransa bazarında qalmasının səbəbini öyrənməli olacaq. Şikayətçilərin vəkilləri şirkətin satışdan 1 milyard dollara yaxın narkotik maddənin istifadəsi ilə əlaqədar ola bilən yan təsirləri bilərəkdən gizlətdiyini iddia edirlər.