Azərbaycanda zəlzələ olub

Hadisə

10.01.2022 - 11:03

Zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib

Dekabrın 9-da Qazax stansiyasından 41 kilometr şimal-şərqdə - Ağstafa rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AYNA-ya bildirilib ki, yerli vaxtla saat 18:27-də qeydə alınan zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 2.7-yə bərabər olub.

Müəllif: Ayna.az