“23 nəfərin həlak olması xəbərindən dərin kədərləndik”
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Pakistanda qar fırtınası zamanı çoxsaylı insan tələfatı ilə əlaqədar bu ölkənin xalqına və hökumətinə başsağlığı verib.
AYNA xəbər verir ki, bu barədə məlumat nazirliyin tviter səhifəsində qeyd edilib.
“Murree şəhərində qar fırtınası zamanı ekstremal hava şəraiti nəticəsində ən azı 23 nəfərin həlak olması xəbərindən dərin kədərləndik. Qardaş Pakistan xalqına və hökumətinə başsağlığı veririk. Allah faciə qurbanlarının ruhunu şad etsin!”, - deyə XİN-in başsağlığında vurğulanıb.