Azərbaycan, Rusiya və Ermənistan liderləri görüşəcəklər

Xəbərlər

24.10.2022 - 11:39

cedabet dərman SEO Xidməti

İlham Əliyev, Putin və Paşinyanın Soçidə görüşəcəyi gözlənilir

Yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli formatda görüş keçiriləcək. AYNA xəbər verir ki, bu barədə Rusiyanın “Vedomosti” nəşri məlumat yayıb.

Qəzetin mənbəsinin bildirdiyinə görə, görüşə hazırlıq MDB-nin Astana Sammitindən sonra başlayıb.

“Əldə etdiyimiz məlumata görə, üçtərəfli görüş oktyabrın son günlərində Soçidə keçiriləcək”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, görüşlə bağlı tərəflərdən rəsmi açıqlama verilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş