Əhalinin bir qisminə şad xəbər

Xəbərlər

08.10.2019 - 11:43


3 şəhər və 6 rayon üzrə 8 kənd və 6 yeni yaşayış massivində qaz çəkilişləri tam başa çatıb

 

Yaxın vaxtlarda açılışı gözlənilən qazlaşdırılmış yaşayış məntəqələrinin və massivlərinin adları məlum olub.

 

AYNA-ya “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun verdiyi məlumata görə, hazırda tikinti-quraşdırma işləri tamamlanmış 3 şəhər və 6 rayon üzrə 8 kənd və 6 yeni yaşayış massivində qaz çəkilişləri tam başa çatıb.

 

Gəncə şəhəri S.Qazıyeva küçəsində, Məhsəti qəsəbəsindəki yeni yaşayış massivlərində, Lənkəran şəhərində yeni massivdə, Cəlilabad şəhəri Səttərxan küçəsindəki yeni yaşayış massivində, Ağdaş rayonu Yuxarı Ləki kəndində yeni yaşayış massivində, Göyçay rayonunun Mollahacılı kəndində, Şamaxı rayonunda yeni yaşayış massivində, İsmayıllı rayonunun Zeyvə, Soltankənd, Qalgah və Uştal kəndlərində, Quba rayonunun Atuc və Xırt kəndlərində, eləcə də Lerik rayonunun Peştətük kəndində yaxın vaxtlarda qaz açılışları baş tutacaq.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə