Azərbaycan neftinin qiyməti 91 dolları keçib

İqtisadiyyat

14.01.2023 - 12:12

Neftin qiymətində artım müşahidə olunub

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,63 ABŞ dolları, yaxud 0,7 % artaraq 91,26 ABŞ dolları təşkil edib.

AYNA xəbər verir ki, hərraclarda “Brent” markalı neftin mart fyuçersləri 82,1 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb.

Müəllif: Ayna.az